Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.
"Football-plus.az" xəbər verir ki, cədvəldə 502 klub yer alıb. Onların arasında 4 Azərbaycan təmsilçisi var.
Klublarımızdan ilk 100-lüyə düşən yalnız "Qarabağ"dı. Aktivində 192.25 xal olan Ağdam təmsilçisi 17 pillə irəliləyib. "Qarabağ" 82-ci pillədən 65-ci yerə qalxıb.
"Sabah" (83.5) 296-cı yerdən 276-ya, "Zirə" (66.75) 407-dən 387-yə, "Araz-Naxçıvan" (66.5) 391-dən 390-a yüksəlib.
Siyahıya 567 xalla PSJ (Fransa) liderlik edir. Madrid "Real"ı 511 xalla 2-ci, "Çelsi" (İngiltərə) 484 xalla 3-cü yerdədi.