Nəhəng stadion satılacaq

1.11.2025 11:34 16
Dünya futbolu
Cüzeppe Meatsa adına Stadionun gələcəyi yaxın günlərdə həll oluna bilər.

"Football-plus.az" xəbər verir ki, bu barədə Milan şəhərinin meri Cüzeppe Sala açıqlama verib.

O bildirib ki, arenanın çoxdan gözlənilən “İnter” və “Milan” futbol klublarına satışı başa çatmaq üzrədi. Sala “biz o yerə çatdıq ki, cümə gününə qədər yekun satış aktının imzalanacağını düşünürük” deyib.

Qeyd edək ki, “San Siro” adı ilə daha çox tanınan stadionunda həm “Milan”, həm də “İnter” ev oyunlarını keçirir. Bu klublar arenadan icarə əsasında istifadə edirlər.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul