Voleybol millimiz Türkiyəyə məğlub oldu

9.11.2025 19:33 9
İdman
Qadın voleybolçulardan ibarət millimiz 6-cı İslam Həmrəyliyi Oyunlarında növbəti matçına çıxıb.

"Football-plus.az" xəbər verir ki, Faiq Qarayevin rəhbərlik etdiyi millimiz üçüncü matçında Türkiyə yığmasına 0:3 hesabı ilə uduzub. Millimiz daha əvvəl İran və Tacikistan yığmalarını 3:0 hesabı ilə məğlub etmişdi.

Qeyd edək ki, komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.