Hindistanın Qoa şəhərində keçirilən şahmat üzrə Dünya Kuboku davam edir. Azərbaycan təmsilçilərindən Rauf Məmmədovla Aydın Süleymanlı mübarizəni 1/64 finalda dayandırıb. Həmin mərhələni adlayan Şəhriyar Məmmədyarov 1/32 finalın ilk oyununda İsveç şahmatçısı Nils Qrandeliusla heç-heçə edib. İlk günün matçından sonrakı hesab bərabərdi - 0,5:0,5.
İkinci oyun şənbə günü – noyabrın 8-də klassik vaxt nəzarəti ilə oynanılacaq. Yenə heç-heçə olarsa, oyunçular mübarizəni tay-breykdə davam etdirəcək.
Dünya Kubokunun mükafat fondu 2 milyon dollardı, qalib 120 min dollar qazanacaq. Ən güclü üç oyunçu dünya şahmat tacına İddiaçılar turnirində yer qazanacaq.