Azərbaycanlı şahmatçılar 1 milyon dollarlıq turnirdə

13.09.2022 16:56 424
İdman
Sentyabrın 14-də şahmat üzrə "Global Championship" yarışı start götürəcək.

Football-plus.az xəbər verir ki, turnirdə Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov da iştirak edəcək.

"Global Championship"də ümumilikdə 64 qrossmeyster çıxış edəcək. Onlar ilkin mərhələdə pley-off sistemi ilə mübarizə aparacaq.

Məmmədyarov ilk görüşünü belaruslu Vladislav Kovalevə, Rəcəbov Hou Yifana (Çin), Məmmədov isə Nihal Sarinə (Hindistan) qarşı keçirəcək.

Hər bir matç sürətli oyunlardan ibarət olacaq. Heç-heçə təqdirində, şahmatçılar "armageddon"da münasibətlərinə aydınlıq gətirəcəklər.
.
Görüşlərin təqvimi hələlik tam açıqlanmayıb.

Noyabrın 2-7-də Kanadanın Toronto şəhərində keçiriləcək final mərhələsində pley-off görüşlərinin nəticələrinə əsasən, səkkiz ən yaxşı şahmatçı mübarizə aparacaq.

Turnirin mükafat fondu bir milyon dollardı.