Beş şahmatçımız 2 milyon dollar uğrunda yarışacaq

30.08.2025 10:31 14
İdman
Şahmat üzrə 2025-ci ildə keçiriləcək Dünya kubokunun yeri və vaxtı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, mükafat fondu 2 milyon dollar olan turnir oktyabrın 20-dən noyabrın 27-dək Hindistanın Qoa şəhərində keçiriləcək.

Planetin 206 şahmatçısı yüksək yerlər uğrunda mübarizə aparacaq. Ölkəmizi Dünya kubokunda Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Read Səmədov və Əhməd Əhmadzadə təmsil edəcək.