Maks Douman Çempionlar Liqasının tarixinə yeni rekordçu kimi düşüb.
"Football-plus.az" xəbər verir ki, “Arsenal”ın ingiltərəli vingeri bu turnirdə meydana çıxan ən yeniyetmə oyunçu olub. O, liqa mərhələsinin 4-cü turunun “Slaviya” ilə matçının (3:0) 73-cü dəqiqəsində Leandro Trossardın əvəzinə meydana daxil olub. Qitənin bir nömrəli klub turnirində debüt edən Douman 15 yaş 308 günlüyündə olub.
Bundan əvvəlki rekord Dortmund “Borussiya”sının futbolçusu Yussufa Mukokoya aid idi. Almaniyalı hücumçu 16 yaş 18 günlüyündə turnirdə ilk oyununa çıxmışdı.