40 yaşında ikiqat rekordçu oldu!

8.11.2023 18:33 185
Dünya futbolu
Çempionlar Liqasının “Antverpen”lə matçı Pepe üçün ikiqat əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, “Portu”nun müdafiəçisi bu turnirdə iki rekorda imza atıb. O, komandasının 2:0 hesablı qələbəsi ilə nəticələnən oyunda son nöqtəni qoyub. Bununla da Pepe Çempionlar Liqasının tarixinə qol vuran ən yaşlı futbolçu kimi düşüb.

Noyabrın 7-də 40 yaş 256 günlüyündə qapıya yol tapan müdafiəçi həm də start heyətində meydana çıxan ən yaşlı sahə oyunçusu olub.