Dünya rekordçusu cəzalandı

31.10.2025 13:30 5
İdman
Marafon üzrə dünya rekordçusu Rut Çepngetiç dopinqə görə diskvalifikasiya olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə Yüngül atletikada neqativ hallara qarşı müstəqil mübarizə orqanının (AIU) mətbuat xidməti məlumat yayıb.

Keniyalı idmançının mart nümunəsində qadağan olunmuş maddələr aşkarlanıb. AIU bildirir ki, Çepngetiç dördillik qadağa ilə üzləşib, lakin o, təqsirini boynuna alandan və istintaqla əməkdaşlığa razılıq verəndən sonra diskvalifikasiya müddəti üç ilə endirilib.

İstintaq zamanı məlum olub ki, Çepngetiç evindəki qulluqçunun dərmanlarını tərkibini yoxlamadan qəbul edib. AIU onun hərəkətlərini dolayı niyyətə bərabər olan səhlənkarlıq sayıb. Qadağa 2025-ci il aprelin 19-dan qüvvədə olacaq.

31 yaşlı Çepngetiç 2019-cu ilin dünya marafon çempionudu. 2024-cü il Çikaqo marafonunda o, 2 saat, 9 dəqiqə, 57 saniyə ilə dünya rekorduni yeniləyib. Bu məsafəni 2:10-dan tez qaçan ilk qadın olub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul