Cənubi Afrika Respublikasından (CAR) olan atlet Tando Dlodlo antidopinq qaydalarını pozduğuna görə diskvalifikasiya edilib.
Dopinqsiz İdman İnstitutunun rəsmi saytı xəbər verir ki, 2021-ci ildə Polşada keçirilən dünya çempionatında qızıl medal qazanan 23 yaşlı idmançı Ümumdünya Antidopinq Məcəlləsinin 2.1-ci bəndini pozduğu üçün cəzalanıb. Onun dopinq nümunəsində testosteron tapılıb. Sprinterin cəza müddəti 2,5 ildi. Dlodlonun 2021-ci ilin aprelində CAR çempionatındakı testi pozitiv çıxıb.
Qeyd edək ki, Tando mundialda 4x100 m estafet yarışında qızıl medal qazanıb.