Amerikalı üzgüçü Qretçen Uolş kompleks üsulu ilə 100 metr məsafəni 55,98 saniyəyə qət edərək dünya rekordçusu olub.
O, bunu "Virciniya Universiteti" və "Florida" komandalarının görüşündə reallaşdırıb. Əvvəlki rekord 2017-ci ildə 56,51 saniyə göstərici ilə macarıstanlı üzgüçü Katinka Hossuya məxsus idi. Uolş tarixdə bu növdə məsafəni 56 saniyədən az vaxtda qət edən ilk qadın üzgüçüdü. O, bu nəticədən sonra həmyerlisi Keyt Duqlasın (56,99) ölkədaxili yarışlardakı rekordunu da qırıb.
Qeyd edək ki, Uolş 2023-də dünya çempionu olub, Paris Olimpiadasında isə iki qızıl medal qazanıb.