"Qarabağ" - "Çelsi" oyununun hakimləri

30.10.2025 16:17 15
Avrokuboklar
Gənclər Liqasının əsas mərhələsinin 4-cü turunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu üçün hakim təyinatları açıqlanıb.

"Football-plus.az" UEFA-nın saytına istinadla xəbər verir ki, oyun Ukraynadan olan hakimlər briqadasına tapşırılıb. Referi Dmitri Kubryak olacaq. Ona yan xətt hakimləri qismində Vitali Skoblya və Aleksandr Korniyko köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Xatırladaq ki, noyabrın 5-də “Azərsun Arena”da keçiriləcək “Qarabağ” – “Çelsi” matçı saat 15.00-da başlayacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul