“Qarabağ” - “Kopenhagen” oyununun hakimləri

26.09.2025 23:17 59
Ölkə futbolu
Gənclər Liqasının əsas mərhələsinin 2-ci turunda Bakıda “Qarabağ”la Danimarkanın “Kopenhagen” komandası arasında keçiriləcək oyunun hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, qarşılaşma Belarusdan olan hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Amin Kurqxeli olacaq. Ona yan xətt hakimləri Yuri Xomçanka və Viktor Qeçikov kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə azərbaycanlı Fərid Hacıyev yerinə yetirəcək.

Qeyd edək ki, oyun sentyabrın 30-da “Azərsun Arena”da keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul