Güləşçilərimiz beynəlxalq turnirdə yeddi medal qazandı

24.10.2025 13:19 6
İdman
Azərbaycanın yeniyetmələrdən ibarət yunan-Roma və qız güləşçiləri Estoniyanın Rakvere şəhərində keçirilmiş beynəlxalq turnirdə 7 medal qazanıb.

"Football-plus.az" xəbər verir ki, 3 yaş qrupu üzrə təşkil edilən yarışda 19 ölkədən 500-ə yaxın idmançı iştirak edib. Milli komandanın məşqçiləri Turac Hüseynli və Taleh Məmmədovun rəhbərliyi altında turnirdə çıxış edən yunan-Roma güləşçilərimizdən yeddisi fəxri kürsüyə qalxıb.

U-13 yaş qrupunda Məhərrəmli Bakir (35 kq) gümüş medal qazanıb. U-15 yaş qrupunda Elmir Çərkəzov (62 kq) və İsfahan Həsənov (85 kq) gümüş, Hüseyn Mustafazadə (52 kq) isə bürünc medalı boynundan asıb. U-17 yaş qrupunda isə Nihat Tağıyev (65 kq) çempion olub, Abdurrahman Hüseynli (51 kq) ilə Mehdi Əsgərli (60 kq) üçüncü yeri tutub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul