“Azerreyl” bu gün ilk oyununa çıxır - Çempionlar Liqası

23.10.2025 11:54 11
İdman
Bu gün kişi voleybolçulardan ibarət “Azerreyl” Çempionlar Liqasında mübarizəyə başlayır.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan təmsilçisi təsnifat mərhələsinin 1-ci turunda Serbiyanın “Radniçki” kollektivi ilə üz-üzə gələcək.

İlk qarşılaşma Fövqəladə Hallar Nazirliyinin idman zalında saat 19.00-da start götürəcək.

Qeyd edək ki, cavab oyunu oktyabrın 29-da baş tutacaq.