• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Rəqib səni səhvlərə məcbur edir" - Qurban Qurbanovdan etiraf

Manşet / Avrokuboklar

23-10-2025, 00:0

"Rəqibi təbrik edirəm. İlk qələbələrini qazandılar. Azarkeşlər üçün çox baxımlı oyun alındı. Əlbəttə, istərdik ki, məğlub olmayaq. Şanslarımız da var idi. Sona qədər mübarizə apardıq. Futbolçularım bunu bacardılar. Bu gün oyundan əvvəl söylədiklərimizin şahidi olduq. Rəqib çox yüksək sürətli komanda idi. Futbolçularım üçün heç də asan deyildi. Amma rəqib qarşısında möhkəm dayandılar".

"Football-plus.az" xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunda "Atletik"lə matçdan (1:3) sonra təşkil edilən mətbuat konfransında deyib.

Mütəxəssis əvvəl oyun haqqında ümumi fikirlərini bölüşüb:

- "1:2"dən sonra daha çox riskə getdik, boşluqlar yarandı. Nəticədə də standart vəziyyətdən 3-cü qolu gördük. Get-gedə daha güclü rəqiblər gəlir, məsuliyyət artır. Çünki istənilən rəqib qalib gəlmək, xallarının sayını çoxaltmaq istəyəcək. Buna hazır olmalıyıq. Yenə də birincisi intizamlı oynamağa, ikincisi isə çəkinmədən, yaxşı mübarizə aparmağa çalışacağıq. Sizlər də sağ olun ki, bu gün yanımızdasız. Azarkeşlərə də təşəkkür edirəm ki, bizi tək qoymadılar. Biz onların "Qarabağ" şüarlarını eşitdik.

- Bu oyunu "Benfika" ilə matçla necə müqayisə edərdiniz? Orda da təzyiq var idi, burda da. "Atletik"lə matç başqa cür nəticələnə bilərdimi? Nə çatmadı?
- Bəlkə də indi fikrimi tam bildirə bilmərəm. Oyuna baxdıqdan sonra öz düşüncələrimi daha yaxşı açıqlaya bilərəm. Lakin hər bir halda "Atletik" 90 dəqiqə ərzində dinamikanı qorudu, təzyiq göstərə bildi. Həm toplu, həm topsuz. Digər tərəfdən hansısa komandanı digərindən fərqləndirmək istəmirəm. Bu daha güclü idi, o biri daha zəif idi - belə bir fikir yoxdu. "Benfika" ilə matçdakı geridönüş burda da ola bilərdi. Çünki 2-ci hissəyə çox yaxşı başladıq. Həm penalti epizodumuz, həm yaxşı hücumlarımız oldu. Sadəcə bir az dəqiqlik çatmadı. Rəqibin ustalıq keyfiyyəti bizdən bir az yuxarı idi. Ona görə də əllərinə düşən fürsətlərdən istifadə edə bildilər. Bəlkə də "Atletik"lə oyunda futbolçularımız daha çox güc sərf etdilər. Daha çox təzyiq var idi.

- Hansı anı oyunun qırılma anı kimi qiymətləndirərdiz?
- Hesab 1:1 olarkən 2-ci qolu buraxanda istər-istəməz futbolçularda inam bir az itir. Buna baxmayaraq, geri çəkilmədik, əksinə, daha çox hücumda oynamaq istədik. Məğlubiyyətin səbəbini özümüzdə axtarıram. Çünki bəzi epizodlarda daha soyuqqanlı olmaq lazım idi. Rəqib üçün bu, daha rahat idi. Çünki onlar il ərzndə belə təzyiqdə, dinamikada oynayırlar. Bizdə isə böz çempionat matçlarımızı nəzərə alsaq, belə oyunlara hazırlıq bir o qədər də yüksək səviyyədə keçmir. Penalti epizodu da qırılma anı ola bilərdi. Bəziləri var idi dedilər, bəziləri yox idi. Düzdür, mən özüm dəqiq görməmişəm. Deməli, bu gün məğlubiyyətə daha çox layiq idik.

- Bu il komandaya həddindən artıq diqqət var. Növbəti rəqiblər, işiniz çətinləşir. Qələbələrinizdən sonra rəqiblər sizə qarşı ikiqat yox, üçqat, dördqat çox hazırlaşırlar. Belə halda uğurlu çıxışı davam etdirmək, futbolçuları psixoloji baxımdan hazır saxlamaq nə qədər çətindi?
- Əfsuslar olsun ki, futbolçuların idman formasını belə sürətli oyunlarla və ya yaxşı məşqlərlə yüksəldirsən. Amma oyun qrafiki sıx olanda, nə futbolçunun məşq etmək üçün vaxtı yaranır, nə də istirahət etmək üçün. Bu, təkcə bizdə deyil, hazırda bütün dünya futbolunda belədi. Çünki hər 3-4 gündən bir oynayırsan. Bizim üçün heç də asan olmur. Biz bunu dünya futbolunda görürük. Bəzən azarkeş daha sürətli, baxımlı futbol izləmək istəyir. Bir çox komandalarda zədəli oyunçular artır. Bu, sıx qrafiklə əlaqədardı. Yenə də biz neçə illərdi ki, təcrübə yaşayırıq. Çalışırıq ki, hansısa detallarla futbolçuları ələ alaq, idman formalarını yaxşılaşdıraq. Görünən odu ki, biz ancaq belə oyunlarla öz sürətimizi, mübarizəni saxlaya bilərik. Çünki Bakıdakı oyunlarımızda bu cür azarkeş təzyiqi, sürət yoxdu. Çox azdı. Bəzi tapşırıqlarımızla, motivasiya verməklə, Bakıda isə azarkeş dəstəyi ilə sürəti qorumağa çalışırıq. Amma asan deyil.

- Strateji baxımdan "Atletik"ə uduzmadıq, amma oyunda məğlub olduq. Sizcə səbəb nədi?
- Rəqibin futbolçularının ustalığı bizi üstələyirdi. Bəlkə də bizim istəyimiz daha çox idi. Daha çox əziyyət çəkdik, qələbə qazanmaq istəyirdik. Çünki son vaxtlar həm öz ölkəmizdə, həm Avropada bizə diqqət çox idi. Ən azından yaxşı mübarizə aparmaq istəyirdik. Bunu bacardıq. Amma dediyim kimi, "Atletik" ən sürətli hücumlar edən komandalardan biridi. Biz 90 dəqiqə ərzində bunu hiss etdik. Futbol səhvlər üzərində qurulub. Kiçik detallar məğlubiyyətə gətirib çıxarır. Buna da bizi rəqib məcbur edir. Rəqibə də dəyər vermək lazımdı. Bəlkə də bu gün qələbə onların haqqı idi. Onlar da çox istəkli idilər. Hər bir halda bunlar böyük oyunlardı. Kiçik səhvlər məğlubiyyətə yol açır.

- Elvin Cəfərquliyev və Nəriman Axundzadə sanki oyuna köklənə bilmirdilər. Sosial şəbəkələrdə də onlar haqqında fikirlər bildirilib...
- Məğlub olanda bəzən həm məsləhətlər çox olur, həm fikirlər. Oyun da daha çox analiz edilir. Bu, normaldı. İlllərdi ki, görürük. Biz öz yerli futbolçularımızı böyütmək, onlara güvənmək istəyirik. Bu gün Elvin, Nəriman, Bəhlul, Toralla rəqibə təzyiq yarada biliriksə, sevinməliyik. İkincisi isə onlara inanmalı, güvənməliyik. Bir futbolçuya il ərzində təzyiq varsa və o, meydana çıxıb özünü 90 dəqiqə normal idarə edə bilirsə, çox böyük iş görür. Ümumiyyətlə, son vaxtlar Nərimana o qədər təzyiq göstərilib ki... İnsanın 21 yaşı var. Mən bir məşqçi olaraq onun yanında durmalıyam. Nərimanın potensialını daha da açmağa çalışmalıyıq. Zədələndiyi vaxta qədər olan müddətə baxsaq, bəlkə də Nəriman bizim qruplara düşməyimizdə ən böyük pay sahiblərindəndi. Həm qollar vurub, həm qol ötürmələri verib, mənim tapşırıqlarımı yerinə yetirib, rəqibə pressinq edib. Amma azarkeşlərə də haqq qazandırmaq lazımdı. Onlar daha yaxşısını gözləyirlər. İlk olaraq məndən, daha sonra kollektivdən. Amma bizim bugünkü uğurlarımız o uşaqların ürəklərini meydana qoyması ilə qazanılan nəticələrdi.

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu / Manşet

21-10-2025, 10:0

Qurban Qurbanovdan "Atletik" haqda açıqlama - Bilbaoda nə baş verəcək?

Avrokuboklar / Aktual

22-10-2025, 14:0

“Qarabağ” “Atletik”dən də güclü rəqiblərlə oynayıb” – Mahmud Qurbanov

Ölkə futbolu / Manşet

17-10-2025, 22:0

"İllərdi nə etmişiksə, onu etməyə çalışacağıq" - Qurban Qurbanov "Atletik"lə oyun haqda

Ölkə futbolu / Manşet

28-08-2025, 23:0

Qurban Qurbanov püşkü dəyərləndirdi

Avrokuboklar

7-10-2025, 13:0

"Qarabağ" azarkeşlərinə müraciət etdi - "Atletik"lə oyuna görə...

Manşet / Avrokuboklar

22-10-2025, 18:0

“Qarabağ”la oyun “Atletik” üçün qürur məsələsidi” – İspaniya nəşri komandamızın güclü tərəfini açıqladı

Aktual
FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
“İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
“Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
Xəyal nə vaxt qayıdacaq?
Son xəbərlər
  • Bu gün, 13:07
    “Hər mərhələ fərqli yanaşma tələb edir” - Antonellinin özünəinamı artıb
  • Bu gün, 12:56
    Qüdrətli PSV və qalan iştirakçılar
  • Bu gün, 12:45
    FİF "Ağstafa Gəncləri"ni necə xilas edib?
  • Bu gün, 12:34
    Azər Bağırov əvvəllər çalışdığı futbolçuları “Şamaxı”ya apara bilər - MÜSAHİBƏ
  • Bu gün, 12:23
    Kartal “Fənərbaxça”ya qayıtdı
  • Bu gün, 12:12
    Qeyri-müəyyənlik içində keçən 15 gün, suya düşən arzular - “Turan Tovuz”un Türkiyə toplanışı yarımçıq qaldı…
  • Bu gün, 12:01
    Messi rekordu yeniləyəcəkmi?
  • Bu gün, 11:50
    ÇSKA "Qarabağ"la oynamaqdan imtina etdi
  • Bu gün, 11:24
    "Şahdağ Qusar" legioneriylə yeni müqavilə imzaladı
  • Bu gün, 10:52
    Fatmagülün suçu nə?
  • Bu gün, 10:31
    “Səbail”in yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 10:09
    Meksika pley-offda! - DÇ səhəri
  • Bu gün, 09:59
    Mourinyo yenidən “Real”da - dirçəliş, yoxsa mənasız dönüş?
  • Bu gün, 09:28
    "Qarabağ"ın rəqibi azarkeşlərinə müraciət etdi - "Bakıya getməyə hazırsız?"
  • Bu gün, 00:58
    İsveçrə Bosniya və Hersoqovinanı darmadağın etdi - DÇ gecəsi
  • Dünən, 23:31
    Eriksen yenə sağlıq durumu ilə bağlı problem yaşayır
  • Dünən, 23:00
    Türkiyə yığmasının üzvü klubunu dəyişəsi olmadı
  • Dünən, 21:58
    Yeni mövsümə çempionşipdə başlayacaq
  • Dünən, 21:52
    İtaliya klubunda yeni təyinat
  • Dünən, 21:28
    "Sabah" Çempionlar Liqasına hazırlaşır
  • Dünən, 20:57
    "Şahdağ Qusar"da yeni anlaşma
  • Dünən, 20:26
    Cüdoçularımızın rəqibləri bilindi - "Böyük Dəbilqə"
  • Dünən, 19:55
    Rotterdamda gözlənilməz qərar
  • Dünən, 19:24
    Paytaxt klubunu tərk edəcək
  • Dünən, 18:53
    “Neftçi”nin rəqibi məlum oldu
  • Dünən, 18:22
    "Sabah" futbolçusunu icarəyə verdi
  • Dünən, 17:51
    “İndiyə kimi hansısa mütəxəssisin komandadan maliyyə səbəbindən ayrıldığını eşitməmişəm” – direktor niyə gedib?
  • Dünən, 17:28
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 17:27
    "Şəfa"da daha üç ayrılıq
  • Dünən, 17:13
    "Zirə"nin yay hazırlıq planı bilindi
  • Dünən, 16:52
    “Karvan-Yevlax”ın baş məşqçisi nə vaxt bəlli olacaq?
  • Dünən, 16:31
    "Qarabağ" "Zirə" ilə qarşılaşacaq
  • Dünən, 16:10
    AFFA-nın baş katibi UEFA-da komitə üzvü təyin edildi
  • Dünən, 15:59
    La Liqada yeni təyinat
  • Dünən, 15:28
    Sekidika özünə yeni klub tapdı
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 253
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 249
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 245
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə