Yalnız 40 gün işləyə bildi

20.10.2025 11:32 10
Dünya futbolu
Angelos Postekoğlu gözlənilən aqibəti yaşayıb.

"Football-plus.az" xəbər verir ki, “Nottingem Forest” baş məşqçini istefaya göndərib. Komanda premyer-liqada öz meydanında “Çelsi”yə 0:3 hesabı ilə uduzub. Oyundan sonra klubun yaydığı açıqlamada Postekoğlunun uğursuz nəticələrdən sonra vəzifəsindən azad edildiyi bildirilib. Yunan əsilli avstraliyalı mütəxəssis sentyabrın 8-də bu kluba baş məşqçi təyin edilmişdi. Başqa sözlə, o, nottingemlilərə 40 gün başçılıq edib.

Komandanın bütün yarışlardakı qələbəsiz seriyası 10 matça çatıb. “Nottingem Forest” hazırda 5 xalla turnir cədvəlində 18-ci yeri tutur.