“Sumqayıt” premyer-liqada 75-ci ev qələbəsini qazanıb.
"Football-plus.az" PFL-ə istinadən xəbər verir ki, "gənclik şəhəri"nin təmsilçisi buna 223-cü matçında nail olub. Bu, Misli premyer-liqasının 8-ci turuna təsadüf edib. Sumqayıtın eyniadlı klubu öz meydanında “Karvan-Yevlax”ı üstələyib – 4:1.
İlk ev qələbəsi 2011/12 mövsümünə təsadüf edən komanda 2011-ci il oktyabrın 30-da AZAL-a 2:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” ölkə çempionatlarının yüksək dəstəsində 75 və daha çox qələbə qazanan 12-ci komandadı.