“Sumqayıt” ölkə çempionatlarında 50-ci ev heç-heçəsinə imza atıb.
"Football-plus.az" xəbər verir ki, bu, Misli premyer-liqasının 23-cü turuna təsadüf edib.
Samir Abasovun yetirmələri “Turan Tovuz”la qolsuz “sülh”ə nail olub. “Gənclik şəhəri” təmsilçisi ölkə çempionatlarının 32 illik tarixinə öz meydanında 50 və daha çox heç-heçə edən 8-ci komanda kimi düşüb.
2011/2012 mövsümündən premyer-liqada çıxış edən “Sumqayıt”ın yubiley heç-heçəsi evdəki 193-cü matça təsadüf edib. Sumqayıtlıların ilk belə bərabərliyi isə 2011-ci il sentyabrın 11-də qeydə alınıb. “Qarabağ”la ev qarşılaşması qolsuz başa çatıb.