MY-ni tərk etmək istəmir

10.10.2025 13:56 4
Dünya futbolu
Harri Maquayr “Mançester Yunayted”i tərk etməyi düşünmür.

"Football-plus.az" xəbər verir ki, 32 yaşlı futbolçu komandasına sadiqdi, lakin müqaviləni yeniləmək üçün maaşında azalma ola bilər. Maquayr ilə 11 milyon avro qazanır. Onun “qırmızı şeytanlar”la müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdi.

Harri bu mövsüm bütün turnirlərdə 7 matçda iştirak edib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.