Rza Cəfərov məşqçisinə avtomobil hədiyyə etdi

18.10.2025 17:17
Ölkə futbolu
“Neftçi”nin qapıçısı Rza Cəfərov məşqçisinə avtomobil hədiyyə edib.

"Football-plus.az" xəbər verir ki, onun məşqçisi Elxan Ağayev sosial şəbəkə hesabında məlumat verib.

Mütəxəssis bildirib ki, Rza Cəfərov ona “Hyundai Elantra” markalı avtomobil verib.

Qeyd edək ki, Elxan Ağayev “Neftçi”nin aşağı yaş qruplarında Rza Cəfərovun məşqçisi olub.