“Football-plus.az” saytına daxil olan məlumata görə, Ağayev U-17-nin baş məşqçisi Elxan Abdullayevin qərarına əsasən uzaqlaşdırlıb. Baş məşqçinin hansı səbəbdən köməkçisini komandadan uzaqlaşdırdığını öyrənmək üçün Elxan bəylə əlaqə saxladıq. Abdullayevin məsələ ilə bağlı reaksiyası belə oldu:
“Həbib Ağayev mənim istəyimlə yığmadan kənarlaşdırılıb. Səbəb? Bu barədə açıqlama vermək istəmirəm. Bu, komandadaxili sirr kimi qalsın”.
RƏŞAD
