“Mən futbolda ilk günümü keçirmirəm” - Rəşad Eyyubov tənqidlərə cavab verdi

17.10.2025 00:08 37
Aktual / Ölkə futbolu
Son iki oyundakı uğursuzluqlara görə ardıcıl tənqid olunan U-21-in baş məşqçisi Rəşad Eyyubov “feysbuk” hesabında kimlərəsə mesaj göndərib.

“Football-plus.az” onun açıqlamasını təqdim edir:
“İki fərqli, amma eyni dərəcədə çətin oyun. Çexiyaya məğlubiyyət və Şotlandiya ilə heç-heçə. Bu oyunları komandanın inkişaf mərhələsi kimi qəbul edirik. Səhvlər və çətinliklər futbolda təbiidi - əsas odu ki, hər addım bizi irəli aparsın. Milli komandaya diqqətin çox olması normaldı və bu məni qorxutmur. Əksinə, mənim üçün daha güclü olmağa motivasiyadı. Mən futbolda ilk günümü keçirmirəm - akademiyadan peşəkar səviyyəyə qədər yol keçmişəm və yaxşı bilirəm ki, inkişaf üçün zaman, intizam və səbir lazımdı. Bu günlərdəki peşəkarlığa, enerjiyə və səmimi əməyə görə məşqçi korpusuna, federasiyaya və futbolçularımıza təşəkkür edirəm. Bu, sadəcə, başlanğıcdı - biz hara getdiyimizi bilirik”.

MÜZƏFFƏR QULUZADƏ

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul