Şahmat millimiz Avropa çempionu ola bilmədi

14.10.2025 21:12 8
İdman
Bu gün kişi şahmatçılardan ibarət millimiz Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gəlib.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcəkdi. Ancaq oyun Serbiyanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabında 13 xal olan millimizin yekun sıralamadakı mövqeyi digər görüşlər bitəndən sonra müəyyənləşəcək.

Xatırladaq ki, yığma 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.