Millimiz Avropa çempionluğunun biraddımlığında

14.10.2025 00:44 9
İdman
Kişi şahmatçılardan ibarət millimiz Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında növbəti görüşünü keçirib.

"Football-plus.az" xəbər verir ki, yığmamız 8-ci turda Ukrayna seçməsi ilə qarşılaşıb. Millimiz rəqibinə 2,5:1,5 hesabı ilə qalib gələrək xallarını 13-ə çatdırıb və liderliyə yüksəlib. Yığmanın heyətində yeganə qələbəni Şəhriyar Məmmədyarov qazanıb. Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli isə öz görüşlərini heç-heçə ilə başa vurublar.

Komandamız son turda qələbə qazansa, digər görüşlərin nəticələrindən asılı olmayaraq, dördüncü dəfə Avropa çempionu olacaq.