Şahmat millimiz bu gün Avropa çempionu ola bilər

14.10.2025 13:46 8
İdman
Bu gün kişi şahmatçılardan ibarət millimiz Gürcüstanın Batumi şəhərində təşkil olunan komandalararası Avropa çempionatında həlledici görüşə çıxacaq.

"Football-plus.az" xəbər verir ki, yığmamız son turda Serbiya ilə üz-üzə gələcək.

Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərlidən ibarət kollektiv 8 turdan sonra 13 xalla Ukrayna millisi ilə birgə liderliyi bölüşür. Yığma bu gün qələbə qazansa, dördüncü çempionluğunu rəsmiləşdirəcək.

Xatırladaq ki, Azərbaycanın kişilərdən ibarət millisi 2009, 2013 və 2017-ci illərdə Avropa çempionu olub.