“Monako”da baş məşqçi problemi yoluna qoyulub.
"Football-plus.az" xəbər verir ki, komandanı bundan sonra Belçika yığmasının 38 yaşlı sabiq futbolçusu Sebastyan Poqonyoli çalışdıracaq. Bu barədə “Knyazlıq klubu”nun rəsmi saytı məlumat yayıb. Poqonyoli bir neçə gün əvvəl klubdan ayrılan Adi Hütterə xələf olub.
Qeyd edək ki, belçikalı mütəxəssis 2024-cü ilin yayından ölkəsinin “Yunion” klubunu çalışdırırdı. O, ötən mövsüm komandanı ölkə çemionluğuna daşımışdı.