“Knyazlıq klubu”na keçdi

4.07.2025 20:19 7
Dünya futbolu
Ansu Fati “Barselona”nı tərk edib.

"Football-plus.az" xəbər verir ki, gənc futbolçu karyerasını İspaniyadan kənarda davam etdirəcək.

“Monako" ispaniyalı yarımmüdafiəçini icarəyə götürüb. Bu barədə “knyazlıq klubu”nun mətbuat xidməti məlumat yayıb. İspaniya millisinin üzvü 2025/26 mövsümünü “Monako”da keçirəcək.

Ansu “Barselona”nın yetirməsidi. O, ötən mövsüm bu komandada 11 rəsmi matçda meydana çıxıb.