37 yaşını meydanda qeyd edəcək hakim

12.10.2025 16:27 11
Aktual / Ölkə futbolu
Ukrayna - Azərbaycan oyununu Avstriyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim isə Sebastyan Qishamerdi. O, matç günü - oktyabrın 13-də 37 yaşını tamamlayacaq.

Qishamer buna qədər iki dəfə azarkeşlik etdiyimiz oyunlara təyinat alıb. 2021-ci ilin noyabrında keçirilən Azərbaycan - Lüksemburq oyununda VAR hakiminin köməkçisi, “Haken” - “Qarabağ” matçının isə baş hakim olub. Milli komandamız 1:3 hesabıyla məğlub olub, “Qarabağ” isə 1:0 hesabıyla qələbə qazanıb.

Referi Göteborqda keçirilən matçda “Qarabağ”ın iki futbolçusuna - Maksim Medvedevlə Bədavi Hüseynova vərəqə göstərib.

MÜZƏFFƏR QULUZADƏ