Naxçıvana getmədi, Parisə getdi - niyə?

12.10.2025 14:57 38
Aktual / Ölkə futbolu
“Araz-Naxçıvan” çərşənbə axşamı Naxçıvana səfər etdi.

Demək olar ki, bütün kollektiv getmişdi. Klubun icraçı direktoru Eldəniz Yusubov isə gözə dəymədi. Maraqlıdı ki, Eldəniz bəy yığmanın Fransa ilə oyununu stadiondan izləyənlər arasında olub.

“Araz-Naxçıvan” rəsmisi niyə Naxçıvana yox, Parisə gedib? Həmçinin AFFA ilə gedib, yoxsa öz hesabına?

Naxçıvan təmsilçisinin mətbuat katibi Mahal Məmmədov suallarımızı cavabladı:
“Komanda Naxçıvana gedən vaxt Eldəniz Yusubov Avropa Klublar Assosiasiyasının iclasında iştirak üçün Romaya getmişdi. Fransaya səfəri isə öz təşəbbüsüdü”.

MÜZƏFFƏR QULUZADƏ