Komanda son mövsümdə ev oyunlarını “Liv Bona Dea Arena”da keçirdi. Bəs Konfrans Liqasındakı ev oyununu naxçıvanlılar hansı arenada keçirəcək? Yenə Mərdəkan? Bu sualı klubun mətbuat xidmətinin rəhbəri Mahal Məmmədova ünvanladıq.
“Bəli, avrokubok oyunlarını “Liv Bona Dea”da keçirəcəyik. Çempionat oyunları da hələlik orda nəzərdə tutulub. Naxçıvan Şəhər Stadionu nə vaxt hazır olsa, onda ora köçəcəyik”.
MÜZƏFFƏR QULUZADƏ






