"Qarabağ"ın oyunu üçün biletlər satışda - 440 manata

23.09.2025 20:55 37
Avrokuboklar
Çempionlar Liqasının 3-cü turunda İspaniyanın "Atletik” və "Qarabağ" arasında keçiriləcək oyunun biletləri artıq satışa çıxarılıb.

"Football-plus az" İspaniya klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, biletlərin qiyməti yerindən asılı olaraq 60-220 avro (təxminən 120-440 manat) arasında dəyişir.

“Atletik” – “Qarabağ” oyunu oktyabrın 22-də “San Mames” stadionunda keçiriləcək və görüşə Bakı vaxtı ilə saat 20.45-də start veriləcək.

Qeyd edək ki, bir turdan sonra “Qarabağ”ın aktivində 3 xal var. “Atletik” isə evdə “Arsenal”a 0:2 uduzub.