“Football-plus.az” xəbər verir ki, o, sabah yığmasının DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycana nə az, nə çox - 6 qol vurmaq niyyətində olduğunu etiraf edib. Özü də oyunöncəsi mətbuat konfransında. Futbolçu jurnalistin “Olivye Jiru 57 qolla Fransa millisinin bombardiridi. Sənin hesabında isə 52 qol var. Onu keçə biləcəyinə inanırsan?” sualını belə cavablayıb:
“Əlbəttə! Düşünürəm ki, Jiruya qalib gələcəm. Bunu nə vaxt bacaracağımı bilmirəm. Kim bilir... Bəlkə də sabah... Məncə, sabah qollar vura biləcəyimə inandığımı desəm, hansısa qaydanı pozmaram. Sadəcə, üç xal qazanacağımızı bilirəm. Çünki başım və ayaqlarım yerindədi” (gülür).
KƏNAN BAHADIR




