Millimizin heyətində dəyişiklik

8.10.2025 10:31 90
Ölkə futbolu
17 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik baş verib.

"Football-plus.az" xəbər verir ki, “Neftçi”nin qapıçısı Nurəziz Əzizov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Fransa yığması ilə keçiriləcək oyunöncəsi məşqdə zədələndiyi üçün U-17-nin heyətindən çıxarılıb. Onun əvəzinə “Marcet”in (İspaniya) üzvü Ramal Qəmbərov millinin düşərgəsinə qoşulub.

Xatırladaq ki, U-17 bu gün seçmə mərhələnin ilk oyununda Fransanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Kapbreton şəhərində yerləşən “Bourret” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17.00-da başlanacaq.