"Real" "Kayrat"ı böyük hesabla məğlub etdi

30.09.2025 22:36 8
Avrokuboklar
Çempionlar Liqasının əsas mərhələsinin 2-ci turu çərçivəsində keçirilən “Kayrat” (Qazaxıstan) – “Real” (İspaniya) matçı sona çatıb.

"Football-plus.az" xəbər verir ki, Madrid təmsilçisi Almatı şəhərindəki Mərkəzi Stadionda baş tutan qarşılaşmada 5:0 hesablı qələbə qazanıb.

Qolları Kilian Mbappe (26, 52, 74), Eduardo Kamavinqa (83) və Brahim Diaz (90+3) vurub.