Millimiz Fransa ilə oyuna hazırlaşır

7.10.2025 10:21 14
Ölkə futbolu
Millimiz dünən təlim-məşq toplanışına başlayıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız "Liv Bona Dea Arena"da ilk məşqinə çıxıb.

Xatırladaq ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Parisdə Fransa yığması ilə, 13-də isə Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq.