Millimiz toplanışa başladı

27.05.2025 18:54 12
Ölkə futbolu
Millimiz təlim-məşq toplanışına başlayıb.

"Football-plus.az" xəbər verir ki, komanda bu gün Neftçi Futbol Mərkəzində ilk məşqinə çıxıb. Legioner həyatı yaşayan Renat Dadaşov Bakıya bu gün gələcək. “Qarabağ” və “Sabah”ın futbolçuları isə mayın 31-də keçiriləcək ölkə kubokunun final oyunundan sonra kollektivə qoşulacaq.

Xatırladaq ki, millimiz toplanış çərçivəsində iyunun 7-də Riqadakı “Skonto” stadionunda Litva, iyunun 10-da isə “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.