"Rəqib ard-arda qollar vurduqdan sonra komandamız ruhdan düşdü"

4.10.2025 20:18 15
Ölkə futbolu
“Rəqibi yaxşı təhlil etmişdik, amma alınmadı. Bu cür oyunla məğlub olmaq həqiqətən də çox üzücüdü”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri 16 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Aqil Nəbiyev 3-cü MDB Oyunlarında Rusiyaya 2:3 hesabı ilə məğlub olduqları final oyunundan sonra deyib.

O, məğlubiyyətin səbəblərini açıqlayıb:
“Futbolçuların fiziki durumları ilə bağlı problemlərimiz var idi. Onları çox yükləyə bilmirik. Beynəlxalq təcrübəmiz də azdı. Bu səbəbdən əsasən də son dəqiqələrdə tab gətirə bilmədik. Rəqib ard-arda qollar vurduqdan sonra komandamız ruhdan düşdü. Əslində hər iki hissədə futbolçularımız verilən tapşırıqları yerinə yetirə bildilər. Onları təbrik edirəm. Sözün əsl mənasında xarakter göstərdilər”.