Marreyin raketkası 73 min dollara satıldı

4.10.2025 10:56 4
İdman
ESPN-in yaydığı xəbərə görə, britaniyalı tennisçi Endi Marreyin raketkası “Goldin Auctions” hərracında 73,2 min dollara satılıb.

Xəbərdə o da qeyd olunur ki, Marrey 2013-cü ildə keçirilən “Uimbldon” turnirinin bir neçə oyununda, eləcə də finalda məhz bu raketkadan yararlanıb. Xatırladaq ki, britaniyalı onda həlledici oyunda Cokoviçi məğlub etmişdi.

Raketka avqustun 29-da hərraca çıxarılmışdı. Satış anına qədər 49 dəfə pul qoyuluşu olub. Ancaq bir raketkaya 73,2 min dollar ödənilməsi rekord deyil. Bu mənada liderlik Rafael Nadala 2017-ci ildə keçirilən “Rolan Qarros”un finalında qələbə gətirən “Babolat” raketkasına məxsusdu. Həmin tennis aləti bu yay 157 min dollara satılıb.