Klubu ilə yenidən anlaşdı

3.10.2025 09:23 6
Dünya futbolu
“Barselona”da yeni müqavilə reallaşıb. Mark Bernalın sözləşməsi yenilənib.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. 17 yaşlı yarımmüdafiəçi ilə müddəti 2029-cu ilin yayına qədər razılaşdırılan müqavilə imzalanıb.

Mark “Barselona”nın yetirməsidi. O, bu mövsüm İspaniya klubunda 2 rəsmi matçda meydana çıxıb və 1 məhsuldar ötürmə verib.