"Sabah" - "Borussiya" matçı ispanlara əmanət edildi

18.10.2026 12:55 81
Avrokuboklar
Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun Bakıda keçiriləcək “Sabah”- “Borussiya” (Dortmund) görüşünün hakimləri bəlli olub.

"Football-plus.az" xəbər verir ki, oyun ispaniyalı hakimlərə tapşırlıb.

Matçın baş hakimi Xavyer Alberola olacaq. Ona yan xətt hakimləri Alfredo Moreno və Karlos Alvarez Fernandes, həmçinin dördüncü hakim Viktor Qarsiya Verdura və VAR hakimi Sezar Soto kömək edəcək.

“Sabah” – “Borussiya” matçı oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20.45-də başlanacaq.