Juninyo Meksikada da Juninyodu!

18.10.2026 10:30 36
Dünya futbolu
Vaxtilə “Qarabağ”ın heyətində xarüqələr yaradan, ardından uğursuz “Flamenqo” karyerası yaşayan Juninyo Meksikada yenidən əvvəlki kimi parlamaqdadı.

Braziliyalı hücumçu bu ölkənin çempionatının 12-ci turunda dubl edib. “Atlante”nin qonağı olan “Pumas” məhz Juninyonun qolları sayəsində 2:1 hesabıyla qələbə qazanıb.

“Pumas” 16 xalla 8-11-ci yerləri bölüşsə də, Juninyo bombardirlər cədvəlində ikincidi. 8 qol vuran braziliyalı hücumçu yalnız Salomon Rondondan (12) geri qalır.