London klubunda ciddi itki

2.10.2025 11:44 2
Dünya futbolu
Dominik Solanke bir müddət yaşıl meydanlarda görünməyəcək.

"Football-plus.az" xəbər verir ki, bu barədə “Tottenhem”in baş məşqçisi Tomas Frank məlumat verib. O, 28 yaşlı hücumçunun topuq biləyindən əməliyyata ehtiyacı olacağını açıqlayıb.

Mütəxəssisin sözlərinə görə, futbolçu bir müddətdi diskomfort hiss edir, ona görə də klub müdaxiləni gecikdirməmək qərarına gəlib. Dominik ən azı “Bude/Qlimt”lə Çempionlar Liqası, “Lids”lə isə premyer-liqa matçını buraxacaq.

Solanke ötən mövsüm 45 oyuna çıxıb, 16 qol vurub. Bu mövsüm isə 3 oyun keçirib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul