“Tottenhem”in zədəliləri sırasına Kristian Romero da qoşulub.
London klubunun saytının yaydığı xəbərə görə, müdafiəçi zədə səbəbindən təxminən 4-5 həftə yaşıl meydanlarda görünməyəcək. 25 yaşlı futbolçu İngiltərə premyer-liqasında “Everton”a 2:1 hesabı ilə qalib gəldikləri oyunda bud nahiyəsindən xəsarət alıb.
Romero bu mövsüm komandada 15 oyun keçirib və 3 qol vurub. O, “Tottenhem”də 2022-ci ildən çıxış edir.