“Tottenhem” ona görə 64,3 milyon avro xərcə düşdü

16.08.2024 12:37 341
Dünya futbolu
Dominik Solanke klubunu dəyişəcəyi ilə bağlı xəbər doğru çıxıb.

O, Bornmutdan Londona yollanıb. Eyniadlı şəhəri təmsil edən klubun ingilis hücumçunu “Tottenhem”ə satdığı rəsmən bəyan edilib. Klublar bir neçə gün əvvəl keçidlə bağlı prinsipial razılığa gəlmişd. Ttransferin paytaxt təmsilçisinə 64,3 milyon avroya başa gəldiyi bildirilib. Solanke yeni klubu ilə 6 illik müqavilə bağlayıb.

Dominik “Bornmut”da 2019-cu ildən çıxış edirdi. O, indiyədək bu komandada keçirdiyi 191 oyunda 69 qol vurub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul