“Barselona”nın qapıçısının vəziyyəti daha ağırdı

29.09.2025 18:46 9
Dünya futbolu
Xoan Qarsiyanın son vəziyyəti ilə bağlı məlumat yayılıb.

“Barselona”nın rəsmi saytının yaydığı xəbərə görə, qapıçının sol dizinin daxili meniskində yırtıq aşkarlanıb. Xoan təxminən 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.

Komandanın baş məşqçisi Hans-Diter Flik Qarsiyanın zədələnməsi barədə danışıb. Almaniyalı mütəxəssis “Xoan Qarsiyanın zədəsi… burada yaxşı heç nə yoxdu. Amma bizdə Voytsex Şçensnı var. Keçən mövsüm onunla birlikdə üç titul qazandıq” – deyə açıqlama verib.