"Barselona" "Arsenal"ın futbolçusuna göz qoydu

9.06.2025 20:56 7
Dünya futbolu
"Barselona" "Arsenal"ın oyunçusu Tomas Partini transfer etmək istəyir.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi 31 yaşlı yarımmüdafiəçi ilə danışıqlara başlayıb.

İspaniya çempionu qanalı oyunçunu pulsuz heyətinə qatmaq niyyətindədi. Partinin London klubu ilə müqaviləsinin müddəti iyunun sonunda bitir.

O, ötən mövsüm premyer-liqada 35 oyuna çıxıb, 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. "Barsa" həmçinin qapıçı Mark-Andre ter Ştegenlə yolları ayıra bilər. Kataloniyalıların baş məşqçisi Hans-Diter Flik 33 yaşlı qolkiperdən özünə yeni komanda tapmasını istəyib. Mütəxəssis bunun hər iki tərəf üçün yaxşı olacağını bildirib.

Hazırkı ölkə çempionu bu mövqeyə "Espanyol"dan Xoan Qarsiyanı namizəd kimi görür. Onun "Barselona"nın əsas qapıçısı olacağı güman edilir.

Ter Ştegen 2014-cü ildən "Barselona"dadı.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul