“Kəpəz” “Turan Tovuz”a da böyük hesabla uduzdu - 0:3.
“Football-plus.az” xəbər verir ki, “Kəpəz”in müvəqqəti baş məşqçisi Xaliq Mərdanov oyunsonrası mətbuat konfransına çıxıb.
- Rəqibi təhlil etmişdik, həftəiçi məşqlərdə işləmişdik. Fərdi səhvlərimiz oldu. Komandadaxili məğlubiyyət ruhunu qələbə ruhuna çevirməyə çalışdıq, olmadı.
- Komandanın elitada qalmağa potensialı var?
- Potensial var. Vaxt lazımdı. Kim məşqçi gəlsə, inanırıq ki, bunu bacarar.
- Əvəzedici komanda da qələbə qazana bilmir. Bunun səbəbi nədi?
- Komandanın 95 faizi yeni oyunçulardı. Aşağı yaşlı uşaqları əvəzedici komandaya götürmüşük. Nəticə haqda düşünmürük. Gəncə futbolunun əzəmətini qaytarmaq istəyirik.
- Əvvəlki “Kəpəz”lə indikinin nə fərqi var?
- Uşaqlarda məğlubiyyət ruhu var. İnamı qaytarmaq lazımdı. Bunu məşqdə bacardıq, amma oyunda alınmadı.
- Komandanı növbəti oyuna da siz çıxaracaqsız?
- Dəqiq bilmirəm. 1-2 oyunluq deyilib.
- Sizin komandada baş məşqçi qalmaq ehtimalınız var?
- Bunu düşünmürəm.
MÜZƏFFƏR QULUZADƏ