"Sabah"ın rəqibləri müəyyənləşdi - ÇL

2.07.2025 15:53 10
İdman
Basketbol üzrə Çempionlar Liqasının müntəzəm mövsümünün püşkatma mərasimi keçirilib.

"Football-plus.az" xəbər verir ki, mərasim İsveçrənin Lozanna şəhərində təşkil olunub. Tədbirdə Azərbaycan təmsilçisi "Sabah"ın da rəqiblərinin adına aydınlıq gəlib. Püşkatmanın nəticələrinə əsasən, "Sabah" B qrupunda yer alıb. Bakı klubu "Nimburk" (Çexiya), "Alba" (Almaniya) və təsnifat mərhələsindən gələcək komanda ilə qarşılaşacaq.

Qeyd edək ki, Çempionlar Liqasının müntəzəm mövsümünə oktyabrın 7-də start veriləcək.