“Qarabağ”ın rəqibi böhran yaşayır: ardıcıl 3-cü xal itkisi!

24.09.2025 12:21 60
Dünya futbolu
Dünən İspaniya çempionatında 6-cı tur start götürüb. “Qarabağ”ın Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən “Atletik” də meydana çıxıb.

Bilbao klubu evdə aşkar autsayder “Jirona”nın müqavimətini qıra bilməyib – 1:1.

Baskların sonuncu dəfə 3-cü turda səfərdə “Betis”i məğlub etdiyini, ardından “Alaves”lə “Valensiya”ya uduzduğunu da xatırladaq.

Son üç turda qələbəyə həsrət qalan "Atletik" hazırda 10 xalla 5-ci pillədə qərarlaşıb. “Qarabağ” bu komanda ilə oktyabrın 22-də səfərdə qarşılaşacaq.